İran ABŞ-nin sülh təklifini rədd edib.
Bu barədə Press TV məlumat yayıb.
Məlumata görə, Tehran Vaşinqtonun planını qəbuledilməz hesab edib və onun qəbulunun ABŞ-nin həddindən artıq tələblərinə tabe olmaq anlamına gələcəyini bildirib.
Qeyd olunub ki, İranın cavabı münaqişənin başa çatdırılması, həmçinin Fars körfəzi və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi məsələlərinə aiddir.