Geri qayıt Çap et

Mark Rütte NATO logistikasında dəyişiklikləri açıqladı

Avropa ölkələri İran ətrafında mümkün hərbi əməliyyatlar zonasına yaxın ərazilərdə mövcudluğunu artırır.

Bu barədə Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə NATO-nun baş katibi Mark Rütte bildirib.

Onun sözlərinə görə, müttəfiqlər əvvəlcədən logistik və texniki dəstəyi yerləşdirir. Daha çox Avropa ölkəsi növbəti mərhələyə hazır olmaq üçün lazımi logistik və digər dəstəyi, o cümlədən minaaxtaran gəmiləri mümkün əməliyyat zonasına yaxın ərazilərdə yerləşdirir.

Rütte əlavə edib ki, Avropa Trampın mesajını anlayıb: ölkələr ABŞ ilə ikitərəfli razılaşmalar bağlayaraq bazalarda yerləşmə və logistika ilə bağlı tələbləri təmin edir. Bununla yanaşı, NATO baş katibi Donald Trampın Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması qərarını məyusedici adlandırıb və bunu ABŞ-ın İran məsələsində Avropa müttəfiqlərinə münasibətinin göstəricisi kimi qiymətləndirib.

DenMedia.az