Geri qayıt Çap et

Netanyahunun siyasətinə qarşı küçələrə çıxdılar

İsrailin bir sıra şəhərlərində axşam saatlarında hökumətə qarşı aksiyalar başlayıb. Etirazçılar Baş nazir Benyamin Netanyahu rəhbərliyindəki Nazirlər Kabinetinin siyasətinə qarşı çıxırlar.

Haaretz qəzetinin məlumatına görə, aksiyalar Qüds, Təl-Əviv və Hayfa şəhərlərində keçirilir. Nəşr bildirir ki, iştirakçılar 2023-cü il oktyabrın 7-də Qəzza sektorundan HƏMAS silahlı qruplarının İsrailə hücumu ilə bağlı hadisələrin səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılmasını tələb edirlər.

Təl-Əvivdə aksiya Mübarizə Təşkilatları Forumu adlı yeni birlik və HƏMAS hücumu zamanı həlak olanların ailələrini birləşdirən Oktyabr Şurası tərəfindən təşkil olunur, deyə Haaretz qeyd edir.

DenMedia.az