ABŞ Konqresinə İrana qarşı hərbi əməliyyatın başa çatdığı bildirilib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Söhbət 28 fevral 2026-cı ildə başlanmış hərbi kampaniyadan gedir.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona ünvanladığı məktubda əməliyyatın tamamlandığı qeyd olunub.
Sənəddə vurğulanır ki, ABŞ tərəfi üçün hərbi əməliyyat başa çatmış hesab edilir.