Geri qayıt Çap et

Pezeşkian ABŞ-ın blokada planını uğursuz adlandırdı

İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ-ın Tehrana qarşı dəniz blokadası tətbiq etmək cəhdləri uğursuzluğa məhkumdur. Bu barədə Mehr agentliyi məlumat yayıb.

“Dəniz blokadası və məhdudiyyətlər tətbiq etmək cəhdləri beynəlxalq hüquqa ziddir, region ölkələrinin maraqlarına uyğun deyil və uğursuzluğa məhkumdur”, — deyə Məsud Pezeşkian vurğulayıb.

O əlavə edib ki, Fars körfəzində hər hansı sabitsizliyə görə məsuliyyət ABŞ və İsrailin üzərinə düşəcək.

DenMedia.az