Geri qayıt Çap et

İran danışıqlara ciddi yanaşır, Rubio belə hesab edir

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, İran münaqişəni danışıqlar yolu ilə başa çatdırmaqda ciddi mövqe tutur.

O, bu barədə bazar ertəsi Fox News telekanalına müsahibəsində danışıb.

“Düşünürəm ki, onlar düşdükləri çətin vəziyyətdən çıxmaq üçün ciddi yanaşırlar”, — deyə Marko Rubio bildirib.

Bununla yanaşı, Rubio vurğulayıb ki, tərəflər hələ də bütün mübahisəli məsələlər üzrə razılığa gəlməyib.

Dövlət katibi əlavə edib ki, İranla mümkün razılaşma ölkənin nüvə silahına sahib olmasını istisna edən maddələri əhatə etməlidir.

O, həmçinin qeyd edib ki, Vaşinqton danışıqlara təsir göstərmək məqsədilə gəmi marşrutlarının bloklanmasını qəbuledilməz sayır və Tehranı Hörmüz boğazı vasitəsilə gəmi hərəkətini tam və məhdudiyyətsiz bərpa etməyə çağırıb.

DenMedia.az