Geri qayıt Çap et

Araqçi Rusiyaya təşəkkür etdi

İranın xarici işlər naziri Abbas Araqçi, bir gün əvvəl Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə görüşdən sonra Rusiyaya diplomatik dəstəyə görə təşəkkür edib və iki ölkə arasında strateji tərəfdaşlığın dərinliyini vurğulayıb.

Araqçi sosial şəbəkədə yazıb ki, regionda ciddi qeyri-müəyyənlik şəraitində Rusiya ilə ən yüksək səviyyədə əməkdaşlıqdan məmnundurlar.

“Son hadisələr strateji tərəfdaşlığımızın dərinliyini və möhkəmliyini təsdiqlədi”, — deyə Abbas Araqçi qeyd edib.

Onun sözlərinə görə, Tehran Moskvanın həmrəyliyinə görə minnətdardır və Rusiyanın diplomatik fəaliyyətə dəstəyini alqışlayır.

DenMedia.az