Geri qayıt Çap et

Gözlər Pakistanda — kritik görüş yaxınlaşır

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar üçün nümayəndələrini Pakistana göndərir. Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, xüsusi elçi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner yaxın günlərdə İslamabadda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüş keçirəcək.

Görüşün həftəsonu baş tutacağı gözlənilir.

Bildirilir ki, ABŞ vitse-prezidenti Cey Di Vens hazırda danışıqlara qatılmağı planlaşdırmır. Bunun səbəbi isə Vaşinqtonun Tehran nümayəndə heyətinin rəhbəri hesab etdiyi Məhəmməd Baqir Qalibafın da görüşdə iştirak etməyəcək olmasıdır.

Bununla belə, Vensin komandası artıq Pakistandadır və o, danışıqlarda irəliləyiş olacağı təqdirdə səfərə hazır vəziyyətdədir.

Mənbələrin məlumatına görə, Kuşner və Uitkoff son aylarda İran rəsmiləri ilə Tehranın nüvə proqramı üzrə mümkün razılaşma üzərində işləyiblər.

DenMedia.az