İranın milli aviaşirkəti Iran Air 22 apreldən etibarən ölkə daxilində uçuşları bərpa edəcək. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, daxili reyslər 50 günlük fasilədən sonra yenidən başlayacaq. İlk uçuşun Tehrandan Məşhədə həyata keçirilməsi planlaşdırılır.
Bildirilir ki, 22 aprel tarixində İranla ABŞ arasında 7 apreldə əldə olunan atəşkəs razılaşmasının müddəti başa çatır. CNN-in məlumatına görə, eyni tarixdə İslamabadda İran–ABŞ arasında yeni danışıqlar raundu da keçirilə bilər, lakin Tehran tərəfinin bu görüşdə iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib.