Geri qayıt Çap et

«Bu hər iki tərəfin səhvidir»: Makron Hörmüz boğazının yenidən bağlanmasından danışdı

Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının yenidən bağlanmasını səhv addım adlandırıb.

O, bu fikirləri Polşanın Baş naziri Donald Tusk ilə birgə keçirilən mətbuat konfransında səsləndirib.

Makron bildirib ki, ABŞ-ın İran limanlarına qarşı blokada siyasətini davam etdirməsi regionda gərginliyi artırıb və bu, İran tərəfinin əvvəlki mövqeyini dəyişməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, yaranmış vəziyyət hər iki tərəfin səhv qərarlarının nəticəsidir.

Fransa Prezidenti həmçinin Hörmüz boğazında hücuma məruz qalan Fransa konteyner gəmisi ilə bağlı açıqlama verib. O, hadisə zamanı Fransanın birbaşa hədəf olmadığını, atəşlərin ehtimal ki, xəbərdarlıq xarakteri daşıdığını bildirib.

Makron beynəlxalq ictimaiyyəti eskalasiyadan çəkinməyə çağırıb və Hörmüz boğazında dəniz hərəkətinin dərhal və şərtsiz bərpa olunmasının vacibliyini vurğulayıb.

Hadisələrin 13 apreldən sonra başladığı, ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanları ətrafında dəniz nəqliyyatına məhdudiyyət tətbiq etməsindən sonra ticarət axınının dayandığı bildirilir.

DenMedia.az