İran Silahlı Qüvvələri ABŞ hərbi gəmilərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib. Bu barədə Tasnim агентliyi İran ordusunun “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsinə istinadən məlumat yayıb.
İran tərəfinin məlumatına görə, ABŞ hərbçiləri İslam Respublikasına məxsus olan və Çindən Oman körfəzinə doğru hərəkət edən gəmini saxlayaraq ona atəş açıb, nəticədə gəminin naviqasiya sistemi sıradan çıxarılıb.
Tehran bu addımı atəşkəs rejiminin pozulması kimi qiymətləndirərək cavab olaraq ABŞ gəmilərinə dron zərbələri endirib.
İran rəsmisi bildirib ki, ölkə bundan sonra da “piratçılıq” və Vaşinqton tərəfindən edilən istənilən aqressiv addıma sərt reaksiya verəcək.
Hadisənin regionda gərginliyi daha da artıracağı ehtimal olunur. ABŞ Müdafiə Nazirliyi – Pentaqon isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.