ABŞ Prezidenti Donald Tramp Livanda atəşkəs rejimini İsrailin Baş naziri Binyamin Netanyahuya faktiki olaraq təlqin edib. Haaretz qəzeti hərbi analitik Amos Harelə istinadən yazır ki, Tramp atəşkəsi İsrail tərəfi ilə əvvəlcədən razılaşdırmadan elan edib.
Məlumata görə, bu addım iki ölkə rəhbərliyi arasında ciddi fikir ayrılıqlarına səbəb olub.
Nəşr qeyd edir ki, nəticədə İsrailin xarici siyasəti faktiki olaraq Ağ Evin birbaşa nəzarətinə keçmiş kimi görünür. Bu vəziyyət ölkə daxilində sərt tənqid dalğası yaradıb. Müxaliflər baş verənləri “strateji uğursuzluq” və əsas müdafiə qərarlarında suverenliyin qismən itirilməsi kimi qiymətləndiriblər.