Geri qayıt Çap et

Qalibaf Trampın iddialarını yalan adlandırdı

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın İranla danışıqlar barədə reallığa uyğun olmayan məlumatlar yaydığını bildirib.

O, sosial şəbəkədə yazıb ki:

“ABŞ prezidenti bir saat ərzində yeddi bəyanat verdi və onların hər biri yalandır.”

Qalibaf əlavə edib ki, Vaşinqton danışıqlarda istədiyi bütün nəticələri əldə edə bilməyəcək.

Eyni zamanda o bildirib ki, ABŞ İrana qarşı dəniz blokadasını dayandırmasa, Tehran Hörmüz boğazını yenidən bağlamağa hazırdır.

Xatırladaq ki, Tramp daha əvvəl paylaşımında İranın guya nüvə proqramından imtina etməyə və zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-a verməyə hazır olduğunu iddia etmişdi.

DenMedia.az