İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, tərəflər arasında razılaşdırılmış 10 maddədən üçünün pozulması səbəbindən ABŞ ilə danışıqların məqsədəuyğunluğu sual altına düşüb.
“İndi danışıqlar üçün ‘çox real əsas’ hələ danışıqlar başlamazdan əvvəl açıq şəkildə pozulub. Belə vəziyyətdə ikitərəfli danışıqlar və ya atəşkəs şübhə doğurur”, — deyə Məhəmməd Baqer Qalibaf qeyd edib.
Onun sözlərinə görə, pozuntulardan biri İsrailin Livana zərbələri davam etdirməsidir. Bundan əlavə, İranın hava məkanında düşmən pilotsuz aparatının aşkarlandığı və Pars vilayətinin Lar şəhəri yaxınlığında məhv edildiyi bildirilib.
Qalibaf həmçinin vurğulayıb ki, ABŞ İranın uranı zənginləşdirmə hüququna mane olmağa davam edir ki, bu da razılaşdırılmış şərtlərdən biridir.
Qeyd edək ki, 8 aprel tarixində ABŞ Silahlı Qüvvələri elan olunmuş atəşkəs rejiminə uyğun olaraq İran ərazisinə zərbələri dayandırıb. Öz növbəsində İran ABŞ prezidentinin iki həftəlik atəşkəs bəyanatından sonra qələbə qazandığını açıqlayıb.