Respublikaçı Kris Merfi CNN telekanalının efirində bildirib ki, ABŞ və İran arasında atəşkəs şərtləri “fəlakətlidir”.
Konqresmen ABŞ prezidenti Donald Trampın hərbi addımlarını tənqid edərək qeyd edib ki, bu, nəticədə İranın münaqişədən əvvəl malik olmadığı mühüm su yoluna nəzarət əldə etməsinə səbəb olub.
“Əgər bu razılaşma həqiqətən də İrana boğaza nəzarət hüququ verirsə, bu, bütün dünya üçün fəlakətdir. Bu, sadəcə heyrətamizdir ki, Donald Trampın hərbi addımları nəticəsində İran əvvəllər nəzarət etmədiyi ən vacib su yoluna nəzarət əldə edib”, — deyə Kris Merfi bildirib.