İsrail Müdafiə Ordusu (SAXAL) bazar ertəsinə keçən gecə Tehranın ətrafındakı üç əsas aerodroma genişmiqyaslı hava əməliyyatı həyata keçirib.
Bu barədə qurumun mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Zərbələrin hədəfi Bəhram və Azmayeş aerodromları, həmçinin paytaxtın Mehrabad beynəlxalq hava limanı olub.
SAXAL-ın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə aerodromlardakı çoxsaylı hava obyektlərinə — təyyarə və helikopterlərə, eləcə də əlavə hərbi infrastruktura zərbələr endirib.
Bildirilib ki, əməliyyatın əsas məqsədi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi hava qüvvələrinin döyüş potensialını ciddi şəkildə zəiflətmək olub.
Hücum zamanı geniş aviasiya qrupu cəlb olunub və nəticədə yalnız aviasiya texnikası deyil, həm də düşmənin köməkçi infrastrukturu məhv edilib.