Geri qayıt Çap et

CNN: ABŞ İrana qarşı əməliyyatda yeddi təyyarə itirdi

ABŞ İranla bağlı əməliyyatın başlanğıcından bəri azı yeddi hərbi təyyarə itirib.

Bu barədə CNN telekanalının məlumatına görə, son itkilər müxtəlif insidentlər zamanı qeydə alınıb.

Məlumata görə, cümə günü İranın hava hücumundan müdafiə qüvvələri ayrı-ayrı insidentlərdə bir F-15 qırıcısını vurub, ekipaj isə İran ərazisində axtarış əməliyyatları zamanı xilas edilib. Həmçinin A-10 hücum təyyarəsi də vurulub, pilot isə təyyarə qəzaya uğramazdan əvvəl Küveyt üzərində katapult edərək xilas olub.

Martın əvvəlində ABŞ daha üç F-15 qırıcısını itirib. Bildirilir ki, bu təyyarələr səhvən Küveyt Hərbi Hava Qüvvələrinə məxsus F-18 tərəfindən vurulub. Pilotlar uğurla katapult edərək Küveyt ərazisinə eniblər. ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, bütün pilotlar sonradan yenidən döyüş tapşırıqlarına qayıdıblar.

Martın 12-də isə KC-135 yanacaqdaşıyan təyyarə İraqda qəzaya uğrayıb. Təyyarə düşmən atəşi nəticəsində deyil, digər eyni tipli təyyarə ilə toqquşma nəticəsində qəzaya düşüb. Nəticədə altı ekipaj üzvü həlak olub.

Martın 27-də İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına hücumu nəticəsində yerüstü vəziyyətdə bir E-3 Sentry AWACS erkən xəbərdarlıq təyyarəsi məhv edilib. Həmin hücum zamanı ən azı 10 amerikalı hərbçi də xəsarət alıb.

Bundan əlavə, ötən ay ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcı təyyarəsi İran qüvvələrinin zenit atəşinə məruz qaldıqdan sonra Yaxın Şərqdəki ABŞ bazasına məcburi eniş edib.

DenMedia.az