Geri qayıt Çap et

İran İsraili xəbərdar etdi: Münaqişə daha da genişlənir

İran İsrailin diplomatik obyektlərinə hücum edəcəyi təqdirdə, bölgədəki bütün İsrail səfirliklərinə zərbə endirilə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə “Mehr” agentliyi “Xatam əl-Ənbiya” mərkəzi qərargahına istinadən məlumat yayıb.

“İsrailin İran səfirliklərinə hər hansı hücumu bölgədəki bütün İsrail səfirliklərini İran Silahlı Qüvvələri üçün qanuni hədəfə çevirəcək,” — deyə bəyanatda bildirilib.

DenMedia.az