Geri qayıt Çap et

Professor İsrail və ABŞ üçün müharibədə “real problemi” açıqladı

ABŞ və İsrail İranın yalnız yerüstü obyektlərini məhv edə bilib, əsas arsenal isə yeraltında gizlədilib.

Bu barədə Massaçusets Texnologiya İnstitutunun professoru Teodor Postol politoloq Glenn Dizenin YouTube kanalında bildirib.

Onun sözlərinə görə, vəziyyət İranın xeyrinə formalaşır. Bu, ölkənin böyük əraziyə malik olması ilə izah olunur. Ekspert qeyd edib ki, vurulan zərbələr əsasən yerüstü obyektlərə dəyib, halbuki Tehranın cavab imkanları yeraltında yerləşir.

Postol vurğulayıb ki, İran öz obyektlərini tunellər şəbəkəsində “çox ağıllı şəkildə” qurub.

“Hətta tunelin girişinə zərbə endirilsə belə, bu, hərbi obyektin özünü mütləq məhv etmir. Bu, İsrail və ABŞın qarşılaşmağa davam edəcəyi real problemdir. Bu yeraltı tunelləri məhv etmək sadəcə mümkün deyil,” — deyə professor bildirib.

DenMedia.az