Geri qayıt Çap et

BƏƏ-də PUA vuruldu – dağıntılar əkin sahəsinə düşdü, bir nəfər öldü

Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını vurub. Onun qalıqları Füceyra əmirliyində kənd təsərrüfatı sahəsinə düşüb.

Bu barədə əmirliyin hökumətinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Hadisə nəticəsində Banqladeş vətəndaşı xəsarət alıb və onu xilas etmək mümkün olmayıb.

DenMedia.az