Geri qayıt Çap et

İran səfirindən açıqlama: Xameneyi sağdır və gizlənmir

İranın Fransadakı səfiri Məhəmməd Aminnejad yeni ali lider Müctəba Xameneyinin sağ və təhlükəsiz olduğunu bildirib.

O, bu barədə BFMTV telekanalına müsahibəsində danışıb.

“Əlbəttə, o sağ və salamatdır. Onu gizlətməyə ehtiyac yoxdur,” — deyə səfir vurğulayıb.

Diplomatın sözlərinə görə, İran rəhbərliyi bunkerə sığınmır və gizlənmir.

“İran liderləri gizlənmir, o, adi insan kimi yaşayır,” — deyə Aminnejad əlavə edib.

DenMedia.az