Geri qayıt Çap et

Tehran hədəf siyahısını yenilədi: yeni təhlükə

İran Yaxın Şərqdə hədəf siyahısını yeniləyərək ABŞ-la əlaqəli neft obyektlərini hərbi bazalarla eyni səviyyədə qiymətləndirib.

Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri açıqlama verib.

“İranın hədəf spektri yenilənib. ABŞ-la əlaqəli neft obyektlərindən uzaq durun, onlar hərbi bazalar kimi qiymətləndirilir və güclü zərbələrə məruz qalacaq”, — deyə Tanqsiri bildirib.

Onun sözlərinə görə, bu obyektlər “tam gücü ilə” kütləvi atəşə tutulacaq.

Komandan bölgədə çalışan şəxslərə və sakinlərə həmin ərazilərdən uzaq durmaq çağırışı edib.

DenMedia.az