ABŞ-ın Yaxın Şərqdə başlatdığı hərbi əməliyyatdan bəri İranın hücumlarına ən azı 17 gəmi və bir dəniz qazma platforması məruz qalıb. Bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, Fars körfəzində səkkiz ticarət gəmisi, o cümlədən tanker və konteyner daşıyan gəmilər, həmçinin bir dəniz qazma platforması hücuma məruz qalıb.
Bundan başqa, Hörmüz boğazında beş gəmi, Oman körfəzində isə daha dörd gəmi hücum hədəfi olub.
UKMTO bildirir ki, hücumlar mərmilər, zərbə dronları və pilotsuz katerlərdən istifadə etməklə həyata keçirilib.