Geri qayıt Çap et

SEPAH generalı Əbu əl-Qasım Babayan öldürüldü – RƏSMİ

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran liderinin hərbi ofisinin rəhbəri vəzifəsinə təyin edilən general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə təsdiqləyib.

Denmedia.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“General Əbu əl-Qasım Babayan İsrail və ABŞ-ın zərbələri nəticəsində öldürülüb. Ailəsinə və yoldaşlarına başsağlığı veririk”, – ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Generalın ölümünün dəqiq tarixi açıqlanmayıb.