Dubayda Beynəlxalq Maliyyə Mərkəzinin (DIFC) yaxınlığında dron partlayıb. Bu barədə Sabereen News məlumat yayıb.
Məlumata görə, dron Dubay Beynəlxalq Maliyyə Mərkəzinin binası yaxınlığında partlayıb. Hadisə nəticəsində ərazidə tüstü müşahidə olunub, binanın şüşələri qırılıb.
Mənbə bildirir ki, İrana məxsus dron Cümeyra çimərliyi istiqamətində də hücum edib. Partlayışdan sonra şəhərin üzərində qara tüstü sütunu yüksəlib.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib. Eyni zamanda Cümeyra ərazisində də partlayış səsləri eşidildiyi barədə məlumatlar yayılıb.