Geri qayıt Çap et

Muctəba Xamenei çıxış etdi: qisasdan imtina etməyəcəyik

İranın yeni ali lideri Muctəba Xamenei vəzifəyə başladıqdan sonra xalqa ilk müraciətini edib. Bu barədə SNN telekanalı məlumat yayıb.

Şəhidlərin qanının qisasından imtina etməyəcəyik. Planlaşdırdığımız qisas təkcə böyük inqilab liderinin şəhidliyi ilə bağlı deyil. Düşmənin həyatına son qoyduğu hər bir vətəndaş ayrıca qisas səbəbidir.

O həmçinin ölkənin cənubunda yerləşən Minab şəhərində qızlar üçün ibtidai məktəbə endirilən zərbəni xüsusi qeyd edib. Bildirilib ki, həmin hücum nəticəsində 170-dən çox şagird və müəllim həlak olub.

Muctəba Xamenei vurğulayıb ki, İslam İnqilabı Silahlı Qüvvələri döyüş əməliyyatlarını davam etdirməli və “effektiv müdafiəni” təmin etməlidir.

Bundan əlavə, o qeyd edib ki, Hörmüz boğazı İran üçün təzyiq rıçağı kimi istifadə olunmağa davam etməlidir.

DenMedia.az