Geri qayıt Çap et

Pezeşkian müharibənin dayanması üçün şərtlər irəli sürdü

İran Prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində paylaşım edərək Tehranın hazırkı eskalasiya ilə bağlı mövqeyini açıqlayıb.

O bildirib ki, İranın qanuni hüquqları tanınmadan, reparasiyalar ödənilmədən və gələcəkdə yeni hücumların təkrarlanmayacağına dair beynəlxalq təminatlar verilmədən hərbi əməliyyatların dayandırılması mümkün deyil.

Məsud Pezeşkian həmçinin ABŞ və İsraili hərbi qarşıdurmanı başlatmaqda birbaşa ittiham edib.

DenMedia.az