Geri qayıt Çap et

İran ABŞ və İsrailə “ölümcül zərbələr” vəd etdi

İran ABŞ və İsraildən qisas alacağını açıqladı.

Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi Əbolfəzl Şekarçi bildirib. Məlumatı DefaPress yayıb.

Onun sözlərinə görə, yaşayış binalarına endirilən zərbələr və dinc sakinlərin ölümü cavabsız qalmayacaq.

“Onlara deyirəm ki, vəhşi hərəkətlərinə görə bizim sarsıdıcı zərbələrimizi gözləsinlər. Biz onların addımlarına tezliklə cavab verəcək və ölümcül zərbələr endirəcəyik”, – deyə Şekarçi bildirib.

DenMedia.az