Geri qayıt Çap et

Səudiyyə Ərəbistanı İranın iki ballistik raketini vurdu

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İranın iki ballistik raketini ölkənin hava məkanında məhv edib. Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, raketlər Şahzadə Sultan adına hərbi aviabazaya zərbə endirməyi planlaşdırırdı.

“Şahzadə Sultan aviabazasını hədəfə almalı olan iki ballistik raket zərərsizləşdirilib”, — deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində Tehran da daxil olmaqla İranın bir sıra iri şəhərləri hədəfə alınıb.

Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müxtəlif ölkələrdəki hədəflərə hücum etdiyini bildirib. Məlumata görə, İsrail ərazisi ilə yanaşı ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də hədəf alınıb.

Denmedia.az