Geri qayıt Çap et

İranda ABŞ və İsrail zərbələri nəticəsində ölən uşaqların sayı açıqlandı

ABŞ və İsrailin zərbələri nəticəsində İranda ölənlərin 30%-i uşaqlardır.

Bu barədə İran hökumətinin nümayəndəsi Fateme Mohacerani bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində həyatını itirənlər arasında uşaqların payı 30 faiz təşkil edir.

Ən ağır hücum isə Mina b şəhərində yerləşən məktəbə edilib. Bildirilir ki, həmin hücum nəticəsində 171 məktəbli qız həlak olub.

“Həlak olanların 30 faizi uşaqlardır”, — deyə Fateme Mohacerani qeyd edib.

Denmedia.az