Geri qayıt Çap et

Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ

“İranın dronla Naxçıvanı vurması nəticəsində məktəblərə hər hansı ziyan dəyməyib”.

Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədov bildirib.

O qeyd edib ki, hazırda məktəblərdə tədris davam edir:

“Hava limanı yaxınlığında yerləşən Şəkərəbad məktəbindən 500 metr aralıya dron düşüb. Hazırda məktəblərdə tədris davam edir. Sadəcə, bəzi valideynlər narahat olaraq uşaqlarını məktəbdən götürürlər. Amma məktəblərin işində fasilə yaranmayıb”.