Geri qayıt Çap et

İran raket zərbələrinin yeni dalğasına başladı

İran Silahlı Qüvvələri İsrailə və ABŞ bazalarına yeni zərbələr seriyasının başladığını açıqlayıb.

Bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə İsrail ərazisinə, həmçinin Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi bazalarına qarşı yeni hücumlar həyata keçirilib.

Bildirilib ki, bu zərbələr regionda İrana qarşı həyata keçirilən addımlara cavab kimi həyata keçirilir.

Öz növbəsində İsrail ordusu İran ərazisindən növbəti hücumun edildiyini təsdiqləyib və təhlükələrin qarşısını almaq üçün raketdən müdafiə sistemlərinin işə salındığını açıqlayıb.

Denmedia.az