Geri qayıt Çap et

İranla müharibə bu tarixdə bitə bilər, amma… – Mümkün ssenari

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə davam edir və qarşıdurmanın nə vaxt yekunlaşacağı bəlli deyil. Hərbi əməliyyatların uzanması isə regionda baş verə biləcək yeni proseslərlə bağlı sualları artırır.

ABŞ və İsrail münaqişəni tez yekunlaşdıra biləcəklər? Hərbi əməliyyatlar uzansa, nələr olacaq?

Denmedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, müharibənin nə vaxt yekunlaşacağı İranın davranışından asılıdır:

“Çünki İran hazırkı strategiyasına əsasən münaqişə arealını genişləndirməyə çalışır və hücumları Körfəz ölkələrinə yönəldir. Bu isə müharibənin uzanmasına və diqqətin fərqli istiqamətlərə yayındırılmasına xidmət edir. Bununla da, ABŞ və İsrailin resurslarını tükəndirərək geri çəkilməsinə nail olmaq istəyir. Belə ssenari baş verərsə, müharibə müvəqqəti dayana və Tehran müəyyən taktiki üstünlük əldə edə bilər.

Lakin ehtimal etmək olar ki, hətta qısa fasilə yaranacağı təqdirdə belə, ABŞ və İsrail müəyyən müddətdən sonra əməliyyatları yenidən bərpa edəcəklər. Burada əsas məqsəd İrandakı mövcud rejimin dayaqlarını zəiflətmək və onun davamlılığını sarsıtmaqdır. Bu çərçivədə həm hərbi və strateji obyektlərə zərbələr endirilir, həm də rejimin əsas dayağı sayılan hərbi, dini və siyasi elita nümayəndələri hədəfə alınır”.

zeynal serh

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, tərəflərin məqsədi yalnız qısamüddətli hərbi üstünlük deyil, daha dərin siyasi nəticələr əldə etməkdir:

“Müharibə bir neçə həftə ərzində bitə bilər. Lakin bu, prosesin tam başa çatması anlamına gəlməyəcək. Xüsusilə də Prezident Donald Trampın hakimiyyəti dövründə ABŞ və İsrailin İrana qarşı yenidən hücumlara başlayacağının şahidi olacağıq”.