Geri qayıt Çap et

Netanyahu İrana qarşı əməliyyatın tez başa çatacağını düşünür

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ və İsrailin zərbələri nəticəsində İran ciddi şəkildə zəifləyib və hazırkı əməliyyat uzunmüddətli olmayacaq.

O, Fox News-a müsahibəsində vurğulayıb ki, müharibə sonsuz davam etməyəcək.

“Sonsuz müharibə olmayacaq. Bu, sürətli və qətiyyətli əməliyyat olacaq”, – deyə Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, davam edən zərbələr zəruridir və bu proses İranda hakimiyyət dəyişikliyi üçün şərait yarada bilər. O hesab edir ki, hazırkı mərhələdə İran rejimi indiyədək ən zəif vəziyyətindədir.

DenMedia.az