Geri qayıt Çap et

Laricani Trampın addımlarının regionu alova sürüklədiyini dedi

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ Prezidenti Donald Tramp “əsassız ambisiyaları” ilə regionu xaosa sürükləyib və indi mümkün yeni Amerika itkilərindən narahatlıq ifadə edir.

Laricani iddia edib ki, Trampın uzaqgörməz addımları onun “Amerika əvvəlcə” şüarını faktiki olaraq “İsrail əvvəlcə” prinsipinə çevirib və İsrailin maraqları naminə amerikalı hərbçiləri risk altına qoyub.

Onun sözlərinə görə, Trampın son bəyanatları öz siyasətinin nəticələrini ABŞ ordusunun hərbçiləri və onların ailələrinin üzərinə yönəltmək cəhdidir.

Laricani həmçinin vurğulayıb ki, İran ABŞ ilə hər hansı danışıqlara başlamaq niyyətində deyil.

Denmedia.az