İranın Əbu-Dabidə İsrail səfirliyinə zərbə endirdiyi bildirilir. Bu barədə Tasnim agentliyi məlumat yayıb. Fars isə hücumun pilotsuz aparatlarla həyata keçirildiyini qeyd edir. Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Reuters-in məlumatına görə, dron hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib, lakin onun qalıqları binaya düşərək ziyan vurub. Həmin korpusda təkcə İsrail səfirliyi deyil, digər diplomatik nümayəndəliklər də yerləşir.