Geri qayıt Çap et

Hörmüz boğazında neft tankerlərinin hərəkəti dayandı

Cənubi İranda yerləşən Hörmüz boğazında neft daşıyan tankerlərin hərəkəti demək olar ki, tam dayanıb. Bu barədə Fars agentliyi beynəlxalq monitorinq sistemlərinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, boğaz ərazisində tankerlərin sürəti sıfıra enib.

“Beynəlxalq tanker trafiki izləmə sistemlərinin monitorinqi Hörmüz boğazı ərazisində neft gəmilərinin sürətinin sıfıra düşdüyünü göstərir”, — deyə məlumatda bildirilir.

Hazırda hərəkətin dayanmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.

DenMedia.az