Geri qayıt Çap et

Qətər Müdafiə Nazirliyi İran raketini ələ keçirdiyini bildirdi

Qətər Müdafiə Nazirliyi ölkənin hava məkanında İrana məxsus raketin ələ keçirildiyini açıqlayıb. Bu barədə Al Jazeera məlumat yayıb.

Telekanalın məlumatına görə, raket Patriot zenit-raket kompleksi vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, Qətər ərazisində Əl-Udeyd hərbi hava bazası yerləşir. Həmin bazada ABŞ hərbi aviasiyası da fəaliyyət göstərir.

DenMedia.az