Geri qayıt Çap et

Ağ Evdən açıqlama: İran nüvə razılaşmasını pozdu

ABŞ Prezidenti Donald Tramp fövqəladə videomüraciətlə çıxış edərək Tehranı nüvə razılaşması üzrə diplomatik səyləri qəsdən pozmaqda ittiham edib.

Amerika liderinin sözlərinə görə, 2025-ci ildə həyata keçirilmiş “Gecəyarısı Çəkici” əməliyyatından sonra Vaşinqton İrana yeni saziş şərtləri təklif edib, lakin bütün təşəbbüslər cavabsız qalıb.

“Biz onlara xəbərdarlıq etmişdik ki, heç vaxt yenidən nüvə silahı yaratmaq cəhdlərinə qayıtmasınlar və dəfələrlə razılaşma əldə etməyə çalışdıq. Onlar nüvə ambisiyalarından imtina etmək üçün hər bir imkanı rədd etdilər”, — deyə Tramp vurğulayıb.

Ağ Ev iddia edir ki, İran təkcə nüvə proqramını bərpa etməyə çalışmayıb, eyni zamanda uzun mənzilli ballistik raketlərin hazırlanmasında ciddi irəliləyiş əldə edib. Prezidentin bəyanatına görə, bu inkişaflar artıq ABŞ-ın Avropadakı müttəfiqləri və Amerika hərbi kontingenti üçün birbaşa təhlükə yaradır.

Bəyanat İsrailin Tehrandakı obyektlərə yeni preventiv zərbələri ilə bağlı xəbərlər fonunda səsləndirilib. Bildirilir ki, əməliyyatda İsrail Hərbi Hava Qüvvələri ilə yanaşı ABŞ da iştirak edib. Birgə əməliyyat çərçivəsində əsas hədəflərdən biri İranın ali dini lideri Əli Xameneinin Tehrandakı iqamətgahı olub.

Hökumət məhəlləsinə endirilən zərbələrin “Yehudanın Qalxanı” kod adlı əməliyyatın tərkib hissəsi olduğu qeyd edilir.

DenMedia.az