Geri qayıt Çap et

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

DenMedia.az xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu.

Dövlət başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.