Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb, sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.
DenMedia.az-ın məlumatına görə, Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb.