Geri qayıt Çap et

İran PUA-sı yenidən Ərəb dənizi istiqamətində uçdu

İran pilotsuz uçuş aparatı şənbə günü bu həftə ikinci dəfə uzaq məsafəli uçuş həyata keçirərək Ərəb dənizi bölgəsinə yönəlib. Həmin ərazidə ABŞ-ın USS Abraham Lincoln aviadaşıyıcısı yerləşir. Bu barədə Flightradar24 aviasiya resursunun məlumatlarında qeyd olunub.

Məlumata görə, pilotsuz aparat İranın cənub-şərqindən buraxılıb, Oman körfəzi üzərindən uçaraq Oman sahillərinin şərqində yerləşən Ərəb dənizi istiqamətində hərəkət edib.

DenMedia.az