Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətlərinin Ukrayna nizamlanması üzrə danışıqları Cenevrədə başlayıb.
Görüşlər Cenevrədə yerləşən InterContinental otelində keçirilir.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətin tərkibində, həmçinin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və xarici işlər nazirinin müavini Mixail Qaluzin də yer alır.