Geri qayıt Çap et

ABŞ və İran Cenevrədə yenidən masaya oturur - Nüvə Danışıqları Başlayır

ABŞ və İran nümayəndə heyətləri yaxın çərşənbə axşamı Cenevrədə nüvə proqramı ilə bağlı növbəti danışıqlar raundunu keçirəcək.

Bu barədə Axios jurnalisti Barak Ravid sosial şəbəkə X-də məlumat verib.

“ABŞ və İranın çərşənbə axşamı Cenevrədə atom məsələsi üzrə ikinci raund danışıqlar aparacağı gözlənilir”, – deyə o, mənbələrə və adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən yazıb.

Tərəflər arasında əvvəlki danışıqlar raundu bu qış Omanında baş tutmuşdu.

Denmedia.az