Geri qayıt Çap et

Azərbaycan və ABŞ strateji tərəfdaşlıq xartiyasını imzaladı - FOTO

Bu gün Bakıda İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens arasında keçirilən görüşlər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb.

Rəsmi sənədin imzalanma mərasimi saat 19:12-də baş tutub. Xartiyanı Prezident İlham Əliyev və vitse-prezident Ceyms Devid Vens imzalayıblar. Daha sonra tərəflər mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Gün ərzində keçirilən proqram çərçivəsində:

  • əvvəlcə dar tərkibdə görüş,

  • daha sonra geniş tərkibdə danışıqlar,

  • sonda isə strateji sənədin imzalanması mərasimi baş tutub.

ABŞ vitse-prezidenti 10 fevral tarixində Bakıda rəsmi qarşılanıb. Dövlət bayraqlarının qaldırıldığı meydanda onun şərəfinə fəxri qarovul düzülüb, Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev və vitse-prezident Vens nümayəndə heyətlərini təqdim etdikdən sonra fəxri qarovulun təntənəli keçidi olub.


Denmedia.az