Geri qayıt Çap et

Gərginlik yüksəlir: Tehran ABŞ-ın hərbi obyektlərinə cavab zərbəsi vəd edir

Abbas Araqçi şənbə günü verdiyi açıqlamada bildirib ki, ABŞ İrana qarşı hərbi addım atarsa, Tehran regiondakı Amerika hərbi obyektlərinə zərbələr endirəcək.

Araqçi bu fikirləri Al Jazeera telekanalına müsahibəsində səsləndirib:

“Əgər ABŞ İrana zərbə endirsə, biz regiondakı Amerika bazalarına hücum edəcəyik. Bu obyektlər zərbə məsafəsindədir”.

O vurğulayıb ki, cavab tədbirləri yalnız ABŞ-ın hərbi hədəflərinə yönələcək. Nazir əlavə edib ki, İran Silahlı Qüvvələri istənilən düşmənçilik aktına qətiyyətlə cavab verməyə tam hazırdır.

DenMedia.az