Geri qayıt Çap et

Əbu-Dabidə üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların ilk günü başa çatıb.

Bu barədə Axios nəşrinin jurnalisti Barak Ravid X sosial şəbəkəsində məlumat verib.

O bildirib ki, danışıqlar prosesi fevralın 5-də, cümə axşamı davam etdiriləcək.

Tərəflər görüşün davam etdirilməsi barədə razılığa gəliblər.

“ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilən sülh danışıqlarının ilk günü başa çatıb. Vəziyyətlə tanış mənbənin sözlərinə görə, danışıqlar cümə axşamı günortaya yaxın saatlarda bərpa olunacaq”, — deyə Barak Ravid yazıb.


DenMedia.az