Geri qayıt Çap et

Hörmüzdə riskli yaxınlaşma: İran katerləri ABŞ bayraqlı tankerin yanında

İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinə məxsus katerlər Hörmüz boğazında ABŞ bayrağı altında üzən “Stena Imperative” tankerinə yaxınlaşıb.

Bu barədə CBS News telekanalı Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Vanguard Tech-ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran katerləri radio vasitəsilə tanker kapitanına “mühərrikləri dayandırmaq və yoxlamaya hazırlaşmaq” əmri veriblər. Lakin gəmi marşrutunu dəyişməyib və sürətini artıraraq yoluna davam edib.

DenMedia.az