Geri qayıt Çap et

Tehran 2,5 milyon nəfər üçün yeraltı sığınacaqlar hazırlayır

Yaxın Şərqdə gərginliyin artması fonunda Tehranda 2,5 milyon nəfər üçün yeraltı sığınacaqlar hazırlanır. Bu barədə paytaxtın Fövqəladə Halların İdarə Olunması Təşkilatının rəhbəri Ali Nasiri SNN-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zəruri mərhələlər tamamlandıqdan və icazələr alındıqdan sonra ümumi tutumu 2,5 milyon nəfər olan sığınacaqlar istifadəyə veriləcək. Hazırlıq işləri 300-dən çox məkanda — əsasən avtodayanacaqlar və metro stansiyalarında aparılır.

Metroda 82 stansiya yenidən qurulacaq: burada sanitar qovşaqlar quraşdırılacaq, həmçinin su və ərzaq ehtiyatları yaradılacaq.

DenMedia.az