Geri qayıt Çap et

Paşinyan “özümüz edəcəyik” dedi, Zaxarova CAVAB verdi – Rusiya nəyi gözləyir?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qazax-İcevan dəmir yolu xəttinin Ermənistan ərazisinə düşən hissəsinin ekspertizadan keçiriləcəyini açıqlayıb.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın rusiyalı tərəfdaşları Türkiyə və Azərbaycan sərhədindəki dəmir yolu hissələrinin bərpasında iştirak etməkdən imtina edəcəyi təqdirdə İrəvanın layihəni müstəqil şəkildə həyata keçirəcəyi barədə açıqlamasına münasibət bildirib. Zaxaravova qeyd edib ki, dəmir yolunun bərpası məsələsi, o cümlədən Rusiya Dəmir Yolları ekspertizasının mümkün cəlb edilməsi ilə bağlı müzakirələrin ilkin mərhələsindədir.

Denmedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, bu açıqlama Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin geosiyasi təsir aləti kimi əhəmiyyətinin artdığını göstərir:

“Rusiya XİN-nin Qazax–İcevan dəmir yolu xəttinin ekspertizasını gündəmdə saxlaması rəsmi Kremlin regionda formalaşan yeni logistika nizamında öz mövqelərini qorumaq niyyətinin aydın təzahürüdür.

Ayten Qurbanova 1532 900x614 1
Aytən Qurbanova

Paşinyanın layihənin Rusiyanın iştirakı olmadan da həyata keçirilə biləcəyi barədə açıqlamaları isə Ermənistanın strateji manevr cəhdlərini əks etdirsə də, təəssüflər olsun ki, mövcud şəraitdə bunun reallaşma imkanı məhduddur.

Azərbaycan  üçün əsas prinsipial yanaşma kommunikasiyaların suverenlik, qarşılıqlılıq və balans əsasında üçüncü tərəflərin siyasi təsirinin olmadığı şəraitdə reallaşmasıdır”.